Bank Of Baku

Rusiyanın qızıl-valyuta ehtiyatları 540 mlrd. dolları ötüb

Rusiyanın qızıl-valyuta ehtiyatları 540 mlrd. dolları ötüb
# 18 avqust 2011 16:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın rəsmi qızıl-valyuta ehtiyatlarının həcmi 540 mlrd. ABŞ dollarını ötüb.

«APA-Economics»in Rusiya Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, avqustun 12-nə ölkənin qızıl-valyuta ehtiyatları 540,2 mlrd. dollar təşkil edib. Halbuki, avqustun 5-də bu göstərici 537,7 mlrd. dollar olub. Göründüyü kimi, bir həftə ərzində Rusiyanın beynəlxalq ehtiyatları 2,5 mlrd. dollar və ya 0,5% artıb.

Qeyd edək ki, Rusiyanın beynəlxalq ehtiyatları ölkə hökumətinə məxsus olan yüksək likvidli maliyyə aktivlərindən - xarici valyuta, qızıl, xüsusi borc hüquqları və s. aktivlərdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR