Bank Of Baku

Çexiya Avrozonaya qoşulmaqdan müvəqqəti imtina edib

Çexiya Avrozonaya qoşulmaqdan müvəqqəti imtina edib
# 18 avqust 2011 16:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avrozonada yaşanın maliyyə problemləri fonunda Çexiya milli valyutasından imtina etməyə hazır deyil. «APA-Economics»in məlumatına görə, bunu Çexiyanın baş naziri Petr Neças bildirib.

O, həmçinin, Almaniya və Fransanın təklif etdiyi Avrozonada «iqtisadi hökumət»in yaradılması məsələsinə də təmkinlə yanaşıb. Bundan öncə, Çexiyanın Maliyyə Nazirliyində bildiriblər ki, bu ideyanın həyata keçirilməsi büdcə suverenitetinə zərər gətirə bilər.

Qeyd edək ki, avqustun 16-da Parisdə Almaniya kansleri Anqela Merkel və Fransa prezidenti Nikolya Sarkozi Avrozona daxilində maliyyə tranzaksiyalarına verginin tətbiqi və Avrozonaya daxil olan ölkələrin konstitusiyasına müvafiq maddə əlavə edənilənədək ümumi büdcə intizamını gücləndirmək qərarına gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR