Bank Of Baku

«DəmirBank»ın aktivləri son bir ildə 16% artıb

«DəmirBank»ın aktivləri son bir ildə 16% artıb
# 19 avqust 2011 10:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivləri 2011-ci il avqust ayının 1-nə 338,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 46,1 mln. manat və ya 15,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə müştərilərə verilən kreditlərin həcmi 31 mln. manat və ya 14,9% artaraq 239,9 mln. manatı ötüb.

Həmçinin, bankda müştəri depozitlərinin ümumi həcmi 138,5 mln. manat, o cümlədən əhalinin əmanətlərinin həcmi 15,9% artaraq 95,3 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 47,9 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR