Bank Of Baku

Azərbaycanda Bank Nəzarətinin Menecment İnformasiya Sisteminin yaradılması layihəsi yekunlaşır

Azərbaycanda Bank Nəzarətinin Menecment İnformasiya Sisteminin yaradılması layihəsi yekunlaşır
# 19 avqust 2011 11:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) Bank Nəzarətinin Menecment İnformasiya Sisteminin yaradılması layihəsi yekunlaşmaq üzrədir. Sistem AMB-nin Kredit təşkilatlarının fəaliyyətlərinə nəzarət Departamenti üçün yaradılıb.

İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədi ölkə ərazisində olan kreditlərə aid məlumatların təhlil edilməsi üçün banklar və qeyri-bank kredit təşkilatları üzrə informasiya sisteminin yaradılmasıdır. Sistem Azərbaycanın «SİNAM» şirkəti tərəfindən EMS platforması üzərində «Oracle» verilənlər bazasının tətbiqi ilə yaradılıb.

Layihə çərçivəsində «EMC Reporting Services» vasitəsilə hesabat formalarının yaradılması prosesi başa çatıb ki, bu da bütün zəruri hesabat formalarını, o cümlədən sənəd dövriyyəsi sistemi üçün lazım olan qrafikləri yaratmağa imkan verib. Sistemin bütün kontentinin saxlandığı «EMC Content Server» sistemi də quraşdırılıb.

«EMC Source One» sistemi də quraşdırılıb sazlanıb ki, həmin sistem böyük həcmdə elektron poçtlarını arxivləşdirməyə və sistemdə məlumat axtarışı zamanı konkret bir mövzuya aid olan bütün yazışmaları tapmağa imkan verir.

Azərbaycanda fəaliyyət göstərən banklara və qeyri-bank kredit təşkilatlarına aid bütün məlumatların yerləşdiyi analitik sistem tətbiq olunmuş və bununla da məlumatların operativ şəkildə əldə olunması üçün imkan yaradılıb.

«EMC Documentum» üzərində sənəd dövriyyəsi üçün biznes-proseslərin yaradılması müxtəlif funksional imkanlardan başqa həmçinin sənədləri tanımağa və kontekst üzrə axtarış etməyə imkan verir.

«Hazırda yalnız menecment informasiya sistemində və sənəd dövriyyəsi sistemində çalışa bilmək üçün əməkdaşların təlimi mərhələsi yekunlaşmayıb. Layihənin digər mərhələləri isə uğurla başa çatdırılıb», - deyə Mərkəzdən bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR