Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 6,2%-ə çatıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 6,2%-ə çatıb
# 19 avqust 2011 12:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit portfeli 2011-ci il iyulun 1-nə 8 955,9 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 115,2 mln. manat və ya 1,3% artıb. Eyni zamanda, cari ilin əvvəlindən kredit portfeli 207,5 mln. manat və ya 2,3% azalıb.

Kredit təşkilatlarında vaxtı keçmiş kreditlərin həcmi iyulun 1-nə 557,9 mln. manat təşkil edib ki, bunun da ümumi kredit portfelində xüsusi çəkisinin 6,2% olması deməkdir. Müqayisə üçün bildirək ki, ötən ilin iyulun 1-də bu göstərici 4,6%, cari ilin əvvəlində isə 5,4% təşkil edib.

Vaxtı keçmiş kreditlərin həcmi və xüsusi çəkisinin artması mənfi göstəricidir və ilk növbədə kredit alanların ödəmə qabiliyyətinin aşağı düşməsini əks etdirir. Banklar isə öz növbəsində belə şəraitdə kreditləşməyə daha ehtiyatla yanaşmaq məcburiyyətində qalır ki, bu da təkrar borclanmanı çətinləşdirir və problemli kreditlərin artmasının daha bir səbəbi kimi çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR