Bank Of Baku

Azərbaycanda bankların xarici öhdəliklərinin azalması davam edir

Azərbaycanda bankların xarici öhdəliklərinin azalması davam edir
# 19 avqust 2011 13:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 234,8 mln. manat və ya 10,8% artaraq 2011-ci il iyulun 1-nə 2 404,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, iyun ayında xarici öhdəliklər üzrə 63,1 mln. manat və ya 2,6%-lik azalma baş verib ki, beləliklə son ayların azalma tendensiyası davam edib:




Eyni zamanda bankların məcmu xarici aktivlərinin həcmi 2011-ci il iyulun 1-nə 1 893,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 440,2 mln. manat və ya 30,3%, ilin əvvəlindən isə 201,7 mln. manat və ya 11,9% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR