Bank Of Baku

Azərbaycanda pul kütləsi 26% artıb

Azərbaycanda pul kütləsi 26% artıb
# 19 avqust 2011 14:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2011-ci il iyulun 1-nə 11 412,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-iyun айларында pul kütləsi 8,4% artıb. Qeyd edək ki, M3 aqreqatınын strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 31,8% artaraq 8 735,4 mln. manata çatıb:

(mln. man.)

Pul aqreqatları

01.07.2010

01.01.2011

01.07.2011

M0 (nağd pullar)

4 587,3

5 455,8

5 851,6

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

 

5 544,1

 

6 718,9

 

6 972,4

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

 

6 629,4

 

8 297,5

 

8 735,4

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

 

9 082,5

 

10 527,5

 

11 412,5



Cari ilin iyulun 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 67% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,2 faiz bəndi azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR