Bank Of Baku

Sentyabrın 1-də sığortaçılar üçün növbəti imtahan keçiriləcək

Sentyabrın 1-də sığortaçılar üçün növbəti imtahan keçiriləcək
# 20 avqust 2011 09:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı sentyabrın 1-də keçiriləcək.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) «APA-Economics»ə verilən məlumata görə, sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş, həmçinin əvvəlki imtahanlarda iştirak etmiş, lakin imtahandan keçməmiş şəxslər avqust ayının 25-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə saxlamalıdır.

Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanununun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun olaraq keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR