Bank Of Baku

«Alfa Sığorta» şirkəti nizamnamə kapitalını artırıb

«Alfa Sığorta» şirkəti nizamnamə kapitalını artırıb
# 20 avqust 2011 11:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» şirkəti nizamnamə kapitalını 3,3% və ya 150 min manat artıraraq 4,750 mln. manata çatdırıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən indiyədək şirkət nizamnamə kapitalının artırılmasına 1,650 mln. manat vəsait yönəldib.
Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin cari ilin yanvar-iyul aylarında topladığı sığorta haqlarının həcmi 1,928 mln. manat, sığorta ödənişləri isə 0,207 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR