Bank Of Baku

«Parabank» nizamnamə kapitalını artırır

«Parabank» nizamnamə kapitalını artırır
# 22 avqust 2011 08:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Parabank» ASC-nin təminatsız sənədsiz adlı faizli səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Parabank» yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 86,4% artaraq 21,570 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bu ilin iyulun 1-nə bankın aktivləri 108,670 mln. manat, kredit portfeli 75,393 mln. manat, depozit portfeli 65,617 mln. manat, məcmu kapitalı 12,820 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,570 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR