Bank Of Baku

«MilliKart» Prosessinq Mərkəzi Direktorlar Şurasının tərkibi dəyişməz qalıb

«MilliKart» Prosessinq Mərkəzi Direktorlar Şurasının tərkibi dəyişməz qalıb
# 22 avqust 2011 10:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MilliKart» Prosessinq Mərkəzinin səhmdarlarının ümumi yığıncağında Mərkəzin Direktorlar Şurasının üzvlərinin tərkibinin dəyişməməsi barədə qərar qəbul olunub.

Mərkəzdən «APA-Economics»ə verilən məlumata görə, iclasda «MilliKart»ın Direktorlar Şurası üzvlərinin tərkibi eyni qalaraq «AtaBank», Avropa Yenidənqurma və İnkişaf Bankı, «Azərbaycan Sənaye Bankı», «Bank of Baku», «Bank Respublika», «Dəmirbank» və «Unibank»ın təmsilçiləri seçilib.

«Azərbaycan Sənaye Bankı» ASC-nin İdarə Heyəti sədrinin müavini Cenk Bartin «MilliKart»ın Direktorlar Şurasının sədri, Cəlal Orucov isə yenidən cəmiyyətin icraçı direktoru seçilib.

Qeyd edək ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Hazırda Mərkəz tərəfindən 13 banka xidmət göstərilir. Həmin banklar (13 bank) tərəfindən 160 mindən artıq ödəniş kartı emissiya edilib, 300-dən artıq bankomat və 1600-dən artıq POS-terminal quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR