Bank Of Baku

Azərbaycan əhalisi nağd dollarla əməliyyatların həcmini artırıb

Azərbaycan əhalisi nağd dollarla əməliyyatların həcmini artırıb
# 22 avqust 2011 10:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya bankları vasitəsi ilə nağd ABŞ dollarının satış həcmi 2011-ci ilin yanvar-iyun aylarında 777,1 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 34,9% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, banklar vasitəsi ilə alınan nağd dollar kütləsinin həcmi isə həmin müddət ərzində 2 591 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 7,3% artıqdır.

Azərbaycanda nağd dollara olan maraq yüksəkdir və onunla əməliyyatların həcmi hər il orta hesabla 35-40% artır. Belə yüksək marağın səbəbi kimi dollardan yığım valyutası kimi istifadəni, ölkə daxilində bir sıra malların, xüsusən də bahalı malların (avtomobillər, daşınmaz əmlak, zinət əşyaları) dollarla satılması, xaricə gedənlərin nağd dollara üstünlük verməsi və s. qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR