Bank Of Baku

İstanbulda beynəlxalq maliyyə sammiti keçiriləcək

İstanbulda beynəlxalq maliyyə sammiti keçiriləcək
# 22 avqust 2011 12:13 (UTC +04:00)
Tədbirin əsas məqsədi İstanbul şəhərini qlobal maliyyə mərkəzinə çevirməkdir.

Sammitdə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirak edəcəyi gözlənilir. Bundan başqa, tədbirə Türkiyənin baş nazirinin müavini Əli Babacan, Frankfurt Fond Bİrjasının sədri Frank Gerstenşlöger, «Citi Group»un baş iqtisadçısı Villem Büyter, İslandiya Mərkəzi Bankının Pul Sİyasəti Komitəsinin üzvü Anna Sibert, Küveyt Milli Bankının prezidenti İbrahim Dabdoub, Asiyanın inkişafda olan bazarları haqqında tədqiqatlar və kitablarına görə tanınmış maliyyə üzrə professor İsmayıl Dalla, Nyu-Yorkda yerləşən «Reason» Fondunun iqtisadi tədqiqatlar üzrə direktoru Entoni Randazzo, Dubay Maliyyə Xidmətləri İdarəsində İslam maliyyələşməsinin rəhbəri, siyasət və strategiya üzrə direktoru Piter Keysi və digər rəsmi şəxslər qatılacaq.

Dünyanın maliyyə sektorunun müzakirəsi üçün vahid platforma olacaq sammitdə Türkiyə, Azərbaycan, ABŞ, Almaniya, Küveyt, Böyük Britaniya, Səudiyyə Ərəbistan və Nepaldan olan nümayəndələr iştirak edəcək.

Sammitin Məşvərət Şurasının sədri Murat Yülekin sözlərinə görə, tədbirin əsas müzakirə mövzusu «Qlobal bərpa olunmaya doğru: təcrübələr və dəyişikliklər», maliyyə sektorunda tənzimləmə və islahatlar və s. olacaq.

Qeyd edək ki, «PGlobal» və «Yedi24» Şirkətlər Qrupu tərəfindən təşkil edilən və artıq ikinci dəfə təşkil olunan sammit İstanbulun «Mərmərə Taksım» hotelində keçiriləcək.

Azərbaycanın APA İnformasiya Agentliyi (Azeri Press Agency) İstanbul Maliyyə Sammitinin rəsmi media tərəfdaşı rolunda çıxış edir.

Əlavə məlumat üçün
IFS Contact Office: 0312 473 76 77 / [email protected] - www.ifs2011.com
Bersay Communications Consultancy 0212 337 51 00
Sanem Sofuoğlu/Tel: 0212 337 52 87 / GSM: 0554 535 49 81 /
[email protected]
Deniz Güventürk/Tel: 0212 337 52 67 / GSM: 0554 756 89 33 / [email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR