Bank Of Baku

Azərbaycan Asiya İnkişaf Bankının ticarət siyasətinə dair keçirdiyi beynəlxalq seminarda iştirak edir

Azərbaycan Asiya İnkişaf Bankının ticarət siyasətinə dair keçirdiyi beynəlxalq seminarda iştirak edir
# 22 avqust 2011 12:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Manilada (Filippin) Asiya İnkişaf Bankının (AİB) təşkilatçılığı ilə «Ticarət siyasətində yeni məsələlər: problemlər və Asiyanın cavabları» mövzusunda seminar keçirilir.
AİB-in Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, seminarda Asiyada və Sakit Okean hövzəsi ölkələrinin orta və yüksək səviyyəli ticarət rəsmiləri iştirak edirlər. Seminar ticarət rəsmilərinə regionun ticarət siyasətində üzləşdiyi əsas problemlər haqda məlumat verəcək və bu məsələləri Asiyadan olan həmkarları və ekspertlərlə müzakirə etmək üçün imkan yaradacaq.
Seminarda AİB-ə daxil olan bütün üzv ölkələrin rəsmiləri iştirak edir ki, Azərbaycanı sözügedən tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri təmsil edir.
Beş gün davam edəcək seminarda ticarət siyasətinin dinamikası və istehsal şəbəkələri, Doha müzakirələri və Ümumdünya Ticarət Təşkilatındakı son tendensiyalar, ticarət siyasətində yeni məsələlər (hökumət səviyyəsində satınalmalar, intellektual mülkiyyət hüquqları və ətraf mühit), ticarət siyasətini qiymətləndirmək və həyata keçirmək üçün mövcud olan «on-line» vasitələr və azad ticarət zonaları kimi məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR