Bank Of Baku

«Turanbank» son bir ildə mənfəətini 10% artırıb

«Turanbank» son bir ildə mənfəətini 10% artırıb
# 22 avqust 2011 12:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2011-ci il avqust ayının 1-nə 153 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin analoji dövrü ilə müqayisədə isə 20,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 33,7% artaraq 118,4 mln. manat, depozit portfeli 35,7% artaraq 60 mln. manat, o cümlədən əhalidən cəlb edilən müddətli əmanətlərin həcmi 33,2% artaraq 39,6 mln. manat təşkil edib.

Bu dövr ərzində bankın məcmu kapitalı 19,2% artaraq 25,2 mln. manata, nizamnamə kapitalı isə 18,9 % artaraq 22 mln. manata çatıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında bankın gəlirləri 10,7 mln. manat olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 24,5% çox olub. Bankın xərcləri isə 8,3 mln. manat olub. Nəticədə, bankın balans mənfəəti son bir illə müqayisədə 10,2% artaraq 2,4 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,54%) və 21 fiziki şəxs olan (78,46%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR