Bank Of Baku

«AFB Bank» nizamnamə kapitalını artırır

«AFB Bank» nizamnamə kapitalını artırır
# 22 avqust 2011 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AFB Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 074 manat, sayı 38 182 ədəd, emissiyanın ümumi həcmi isə 41 007 468 manat təşkil edir. Emissiya «AFB Bank»ın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 1 062 manat olan 38 182 ədəd – 40 549 284 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində bankın nizamnamə kapitalı 1,1% artaraq 41 007 468 manata çatacaq.

Xatırladaq ki, «AFB Bank» ASC 2008-ci il noyabr ayında Azərbaycan Mərkəzi Bankından lisenziya alıb və 2009-cu ilin fevral ayında rəsmi fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR