Bank Of Baku

Azərbaycan Malayziyada keçiriləcək beynəlxalq maliyyə forumunda iştirak edəcək

Azərbaycan Malayziyada keçiriləcək beynəlxalq maliyyə forumunda iştirak edəcək
# 22 avqust 2011 14:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) bu ilin sentyabrın 18-22-də Kuala-Lumpurda (Malayziya) keçiriləcək Asiya Kredit İttifaqlarının növbəti İllik Forumunda (Asian Credit Union Forum 2011 - Malaysia) iştirak edəcək. Bu barədə «APA-Economics»ə AKİA-nın marketinq meneceri Orxan Bağırov bildirib.

O.Bağırovun sözlərinə görə, bu beynəlxalq tədbirlə bağlı artıq AKİA-ya da dəvət ünvanlanıb və bu tədbirdə Azərbaycanı AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov təmsil edəcək. Forumda iştirakçılar kredit ittifaqlarının yeni inkişaf strategiyalarını öyrənmək imkanı, kredit ittifaqları hərəkatının təcrübəli ekspertlər və rəhbəri ilə görüşmək, həmçinin kredit kooperasiyası sahəsində biliklərin artırılması imkanlarını qazanacaqlar.

Asiya Ölkələri Kredit İttifaqları Konfederasiyalarının Assosiasiyası (ACCU - Association of Asia Confederation Credit Union) 1971-ci il aprelin 28-də təsis edilib. ACCU Asiyanın 26 ölkəsinin 38,1 milyona yaxın üzvü olan 21 947-dən çox kredit ittifaqlarına və 34 filial şəkilində fəaliyyət göstərən təşkilatlara xidmət göstərir. ACCU-nun qərargahı Banqkokda (Tayland) yerləşir.

Azərbaycan 2010-cu ilin mart ayında bu quruma üzv olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR