Bank Of Baku

Bakıda beynəlxalq audit forumu keçiriləcək

Bakıda beynəlxalq audit forumu keçiriləcək
# 22 avqust 2011 14:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu il sentyabrın 15-17-də Bakıda Azərbaycan Auditorlar Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Peşəkar Maliyyə Menecerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə «İqtisadiyyatda şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatı standartlarının və beynəlxalq audit standartlarının tətbiqinin rolu və əhəmiyyəti» mövzusunda Avropa və Asiyanın bir çox ölkələrinin nüfuzlu peşə qurumlarının nümayəndələrinin iştirakı ilə Mühasiblər və Auditorların III Avrasiya Forumu keçiriləcək.

Auditorlar Palatasından «APA-Economics»ə verilən məlumata görə, forumun təşkilinin əsas məqsədi şəffaflığın artırılmasında beynəlxalq standartların rolu və əhəmiyyəti sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, şəffaflığın artırılması ilə bağlı qanunvericilik aktlarının qəbulu və mövcud qanunların icra mexanizmlərini təkmilləşdirməklə bağlı konkret əməli təkliflər irəli sürmək, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarətdir.

Forumda əsas mövzu ətrafında məruzələrin dinlənilməsi beynəlxalq maliyyə hesabatı və audit standartlarının tətbiqi və inkişafı məsələləri üzrə geniş müzakirələr aparılacağı, dəyirmi masalar təşkil ediləcəyi nəzərdə tutulur.

Qeyd edilib ki, indiyədək Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, Ukrayna, Polşa, Rumıniya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Latviya, Çexiya və Slovakiyanın audit və mühasibatlıq qurumlarının təmsilçiləri forumda iştirak etmək niyyətində olduqları təsdiqlənib. Forum günlərində xarici iştirakçıların sıralarının daha da genişlənəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR