Bank Of Baku

Azərbaycan investisiya fondlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılmasını tamamlayıb

Azərbaycan investisiya fondlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılmasını tamamlayıb
# 23 avqust 2011 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda «İnvestisiya fondları haqqında» qanunun tətbiqi ilə əlaqədar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən bir sıra normativ hüquqi aktlar təsdiq edilib.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, «İnvestisiya fondları haqqında» qanunun tətbiqi barədə Azərbaycan preidentinin fərmanının icrası ilə əlaqədar QKDK sədrinin qərarı ilə «Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası», «İnvestisiya fondlarının kənar auditorlarına dair tələblər haqqında», «İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması» və «İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında» qaydalar təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
«Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış normativ hüquqi sənədlər qiymətli kağızlar bazarında institusional inkişafın təmin edilməsi məqsədi ilə kollektiv investisiya fondlarının fəaliyyəti, kapitalın, aktivlərin tərkibi və strukturunun, habelə idarə olunmasının qabaqcıl standart və prinsiplərə uyğun qaydada keçirilməsinə imkan yaradacaq», - deyə QKDK-dan bildirilib.
Sözügedən normativ-hüquqi sənədlərin təsdiq edilməsi ilə investisiya fondlarının fəaliyyətini tənzimləyən zəruri normativ-hüquqi bazanın formalaşdırılması tamamlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR