Bank Of Baku

«DəmirBank» yeni güzəşt aksiyası keçirir

«DəmirBank» yeni güzəşt aksiyası keçirir
# 23 avqust 2011 08:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC Ramazan Bayramı münasibəti ilə «Şimşək» ölkədaxili təcili pulköçürmə sistemi ilə köçürmə edən müştərilərdən komissiya haqqı tutmayacaq.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aksiya avqust ayının 23-dən sentyabrın 1-dək davam edəcək.

Qeyd edək ki, «DəmirBank»ın «Şimşək» sistemi vasitəsi ilə 7 dəqiqə ərzində ölkə daxilində pul vəsaitini köçürmək və ya almaq mümkündür. Köçürmələr manat, dollar və ya avro ilə aparıla bilər. Bank həmçinin «Western Union», «Bıstraya Poçta», «Contact», «Zolotaya Korona», «Migom», «Coinstar», «Blizko», «PrivatMoney» sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR