Bank Of Baku

Azərbaycanda daha bir sığorta şirkətinin lisenziyası ləğv olunub

Azərbaycanda daha bir sığorta şirkətinin lisenziyası ləğv olunub
# 23 avqust 2011 08:36 (UTC +04:00)
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) «APA-Economics»ə verilən məlumata görə, lisenziyanın qüvvəsinin dayandırılması sığorta qanunvericiliyi ilə müəyyən olunmuş maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatların şirkət tərəfindən icra edilməməsi ilə əlaqədar olub.
DSNX-dən bildirilib ki, «Sığorta fəaliyyəti haqqında» qanunun tələblərinə müvafiq olaraq «Fidan Sığorta» ASC-yə sığorta fəaliyyəti aparmaq hüququ verən lisenziyanın qüvvəsi Maliyyə Nazirliyinin müvafiq əmri ilə dayandırılıb.
Xatırladaq ki, təsisçisi bir hüquqi və iki fiziki şəxs olan «Fidan Sığorta» şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Şirkət 15 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərib. Şirkətinin nizamnamə kapitalı 1,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR