Bank Of Baku

«Qafqaz İnkişaf Bankı» son bir ildə kreditləşməni 57% genişləndirib

«Qafqaz İnkişaf Bankı» son bir ildə kreditləşməni 57% genişləndirib
# 23 avqust 2011 10:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Qafqaz İnkişaf Bankı» ASC-nin kredit portfelinin həcmi 2011-ci il iyul ayının 1-nə 50,336 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 56,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlərin həcmi 41,5% azalaraq 12,080 mln. manat, 12 aydan artıq müddətə verdiyi kreditlər 3,3 dəfə artaraq 38,255 mln. manata, istehlak kreditlərinin həcmi isə 2,1 dəfə artaraq 3,076 mln. manata çatıb.

Bu müddət ərzində Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlərin həcmi 4,9% azalaraq 175,14 min manat, bankın öz ipoteka proqramı çərçivəsində ayırdığı kreditlərin həcmi isə 81% artaraq 854 min manat təşkil edib.

Təhlil aparılan dövr ərzində bankda vaxtı keçmiş kreditlər 7,2% artaraq 1,596 mln. manat olub.

Xatırladaq ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın respublika üzrə 2 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR