Bank Of Baku

«Bank Respublika» depozit portfelini genişləndirib

«Bank Respublika» depozit portfelini genişləndirib
# 23 avqust 2011 10:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin iyulun 1-nə 300,767 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,46% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 4,87% azalaraq 155,354 mln. manat, depozit portfeli 3,36% artaraq 150,809 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 8,27% artaraq 55 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 37,459 mln. manat təşkil edib.

Qeyd edək ki, təhlil olunan dövr ərzində bankın aktiv plastik kartlarının sayı 6,63% artaraq 48 864-ə, işçilərin sayı isə 5,5% artaraq 520 nəfərə çatıb.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Cari il iyul ayının 1-nə bankın 28 filialı, 45 bankomatı və 267 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR