Bank Of Baku

Azərbaycanda mərkəzləşdirilmiş kreditləşmə azalıb

Azərbaycanda mərkəzləşdirilmiş kreditləşmə azalıb
# 23 avqust 2011 12:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı tərəfindən yenidən maliyyələşdirmə əməliyyatları portfelinin ümumi həcmi 2011-ci ilin iyulun 1-nə 1 984,7 mln. manat təşkil edib.

Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, son bir ildə kommersiya banklarına verilən mərkəzləşdirilmiş kreditlərin həcmi 607,4 mln. manat və ya 44,1% artıb. O cümlədən, cari ilin yanvar-iyun aylarında artım 122,9 mln. manat və ya 6,6% olub.

Eyni zamanda, bu il ərzində ilk dəfə olaraq iyun ayında mərkəzləşdirilmiş kreditlərin portfeli azalab. Azalma cəmi 12,1 mln. manat və ya 0,6% təşkil etsə də, artım tendensiyasının sona çatması diqqət çəkən amildir. Lakin yalnız sonrakı aylarda baş verəcək proseslər bunun davamlı və ya müvəqqəti olduğunu göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR