Bank Of Baku

Pakistan Milli Bankının Bakı filialında problemli kreditlər artıb

Pakistan Milli Bankının Bakı filialında problemli kreditlər artıb
# 23 avqust 2011 13:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Pakistan Milli Bankının Bakı filialının kredit portfelinin həcmi 2011-ci il iyul ayının 1-nə 3,787 mln. manat təşkil edib ki, bu da aprelin 1-nə olan analoji göstəricisi ilə müqayisədə 15,41% çoxdur.

Bankın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə vaxtı keçmiş kreditlərin həcmi 0,283 mln. manat təşkil edib ki, bunun da ümumi kredit portfelində xüsusi çəkisi 7,47%-ə bərabərdir.

Qeyd edək ki, bu ilin I rübündə bankın vaxtı keçmiş kreditlərinin həcmi 0,215 mln. manat olub, bu isə həmin dövr üçün olan məcmu kredit portfelinin (3,282 mln. manat) 6,56%-ni təşkil edib.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 2005-ci ilin iyul ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR