Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyası Avropa təcrübəsini öyrənir

Azərbaycan Kredit İttifaqları Assosiasiyası Avropa təcrübəsini öyrənir
# 23 avqust 2011 16:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) İdarə Heyətinin sədri Elçin Bağırov Polşaya işgüzar səfər edib. Bu barədə «APA-Economics»ə AKİA-nın marketinq meneceri Orxan Bağırov məlumat verib.

O.Bağırovun sözlərinə görə, E.Bağırov Polşanın Sopot şəhərinə təcrübə mübadiləsi məqsədi ilə səfər edib. Sədr səfər çərçivəsində Ümumdünya Kredit İttifaqları Şurasının (World Council of Credit Unions - WOCCU) prezidentinin köməkçisi ilə görüşəcək. Görüş zamanı kredit ittifaqları sahəsində Avropa təcrübəsindən yararlanmaq və digər məsələlər müzakirə ediləcək.

O.Bağırov bildirib ki, səfər avqustun 27-dək davam edəcək.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 70-i qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR