Bank Of Baku

«United Credit Bank» son bir ildə aktivlərini 14% artırıb

«United Credit Bank» son bir ildə aktivlərini 14% artırıb
# 23 avqust 2011 15:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il iyul ayının 1-nə 46,167 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan göstərici ilə müqayisədə 14% çoxdur.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 11% artaraq 34,488 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 22% artaraq 14,819 mln. manata, problemli kreditlərin həcmi isə 32% artaraq 4,863 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın depozit portfeli 31% genişlənərək 17,347 mln. manat, o cümlədən müddətli depozitlər 46% artaraq 14,770 mln. manat, tələb olunanadək depozitlər 17% azalaraq 2,332 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 30% artaraq 11,915 mln. manat olub.

Bununla yanaşı, bankın məcmu kapitalı 16% artaraq hesabat dövrünün sonuna 14,503 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 12,108 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 12,6% artaraq 3,017 mln. manat, o cümlədən faiz gəlirləri 18% artaraq 2,802 mln. manat, qeyri-faiz gəlirləri isə 29% azalaraq 0,215 mln. manat olub. Həmçinin, bankın ümumi xərcləri 36% azalaraq 2,472 mln. manat, o cümlədən faiz xərcləri 12,8% artaraq 1,367 mln. manat, qeyri-faiz xərcləri isə 55% azalaraq 1,105 mln. manat təşkil edib. Nəticədə, bu ilin birinci yarısını bank 0,545 mln. manat həcmində mənfəətlə başa vurub. Habuki, ötən ilin yanvar-iyun aylarında bank 1,155 mln. manat zərərlə işləyib.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin iyulun 1-nə bankın 6 filialı, 5 bankomatı, 39 POS-terminalı və 124 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR