Bank Of Baku

Azərbaycanda plastik bank kartlarının sayı 4,4 mln-a çatıb

Azərbaycanda plastik bank kartlarının sayı 4,4 mln-a çatıb
# 24 avqust 2011 13:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda buraxılmış plastik bank kartlarının sayı 2011-ci ilin iyulun 1-nə 4 393 min ədəd təşkil edib ki, bu da 2010-cu ilin iyulun 1-nə nisbətən 245 min ədəd və ya 5,9% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kartların 2 467 mini sosial kartı, 1 325 mini əmək haqqı kartı, 458 mini digər debet kartları, 143 mini isə kredit kartlarıdır.

Cari ilin 6 ayı ərzində plastik kartlarla 24 314 min əməliyyat aparılıb, əməliyyatların həcmi 3 302 mln. manat təşkil edib ki, bu göstəricilər son bir ildə müvafiq olaraq 9,8% və 18,5% artıb.

Debet kartlarla aparılan əməliyyatların sayı 23 005 minə bərabər olub ki, bu da ümumi sayın 94,6%-ni təşkil edir. Debet kartlarla əməliyyatların həcmi isə 2 945 mln. manat təşkil edib və bu, ümumi həcmin 89,2%-nə bərabərdir. Öz növbəsində kredit kartları ilə 356 mln. manat həcmində 1 308 min əməliyyat aparılıb.

Debet kartları üzrə bir əməliyyatın ortalama həcmi 128 manat, kredit kartları üzrə isə 272,2 manat təşkil edib.

Qeyd edək ki, plastik kartlarla aparılan əməliyyatların 21 975 mini və ya ümumi sayın 90,4%-i nağd pulun çıxarılması əməliyyatlarının payına düşüb. Bu əməliyyatların həcmi 2 992 mln. manat olub ki, bu da ümumi həcmin 90,6%-nə bərabərdir. Beləliklə, Azərbaycanda plastik kartlar əsasən nağd pulların çıxarılması üçün istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR