Bank Of Baku

«Paşa Bank» Gürcüstanda nümayəndəlik açır

«Paşa Bank» Gürcüstanda nümayəndəlik açır
# 24 avqust 2011 13:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC Gürcüstanda nümayəndəliyini açmağa hazırlaşır. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında bankın İdarə Heyətinin üzvü Şahin Məmmədov bildirib.

Ş.Məmmədovun sözlərinə görə, artıq qonşu ölkədə nümayəndəliyin açılması ilə bağlı Azərbaycan Mərkəzi Bakından razılıq alınıb və bu istiqamətdə işlər davam etdirilir.

Ş.Məmmədov həmçinin bankın İsveçrədə nümayəndəliyinin açılması planına aydınlıq gətirib. Belə ki, İdarə Heyətinin üzvü bankın İsveçrə nümayəndəliyinin açılması məsələsinin hələlik gündəmdə olmadığını bildirib. «Bankın belə bir planlı var, amma nümayəndəliyin nə vaxt açılacağı konkret məlum deyil. Ümumiyyətlə, İsveçrədə nümayəndəliyin açılmasında əsas məqsəd fərdi bankçılıq sahəsini daha da inkişaf etdirməkdir», - deyə Ş.Məmmədov qeyd edib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR