Bank Of Baku

Dövlət Neft Fondu: «Azərbaycanda qızılın valyuta ehtiyatlarına daxil edilməsi müsbət sayıla bilər»

Dövlət Neft Fondu: «Azərbaycanda qızılın valyuta ehtiyatlarına daxil edilməsi müsbət sayıla bilər»
# 24 avqust 2011 12:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qızıla yatırılan investisiyaları nəzərə alarkən, qızılın hansı struktur vasitəsi ilə investisiya olunması və ya bu vəsaitlərin harada saxlanmasından daha çox, bu kimi investisiyaların cəlbediciliyi önəmli sayılır. Bunu Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) «APA-Economics»in rəsmi müraciətinə cavab olaraq bəyan ediblər.

Fonddan bildirilib ki, Azərbaycanın əsas valyuta ehtiyatları ARDNF və Azərbaycan Mərkəzi Bankı tərəfindən idarə olunur. Belə ki, bu vəsaitlər sözügedən strukturların ölkə iqtisadiyyatındakı rolu və hədəflərindən asılı olaraq müxtəlif formada idarə edilir. Buna görə də valyuta ehtiyatlarının bir hissəsinin qızılda saxlanması perspektivlərinin ARDNF və AMB üzrə ayrılıqda nəzərdən keçirilməsi lazımdır.

«Ümumilikdə, qızılın valyuta ehtiyatlarına daxil edilməsi diversifikasiya nöqteyi-nəzərindən müsbət sayıla bilər», - deyə Fondun bəyanatında deyilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR