Bank Of Baku

«Qafqaz Leasing» istiqraz buraxıb

«Qafqaz Leasing» istiqraz buraxıb
# 24 avqust 2011 13:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Qafqaz Leasing» ASC-nin faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 500 ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Qafqaz Leasing» yaxın vaxtlarda istiqrazların yerləşdirilməsinə başlayacaq.

Xatırladaq ki, «Qafqaz Leasing» şirkəti 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 2,828 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR