Bank Of Baku

«DəmirBank» Hollandiyanın «Triodos Custody» Fondu ilə kredit müqaviləsi imzalayıb

«DəmirBank» Hollandiyanın «Triodos Custody» Fondu ilə kredit müqaviləsi imzalayıb
# 24 avqust 2011 14:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC Hollandiyanın «Triodos Bank»ının depozitarı olan «Custody B.V.» Fondu ilə 2 mln. ABŞ dolları həcmində 2 il müddətinə kredit müqaviləsi imzalayıb.

«DəmirBank»ın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müqavilənin şərtlərinə əsasən, ayrılan vəsait sahibkarlığın müxtəlif sahələrinə mikro kreditlərin verilməsi üçün nəzərdə tutulub. Bu müqavilə «DəmirBank» və «Triodos Custody B.V.» Fondu arasında olan ilk əməkdaşlıqdır.

Qeyd edək ki, «Triodos Custody B.V.» Fondu yalnız sosialyönümlü maliyyə təşkilatları ilə əməkdaşlıq edir. «DəmirBank»ın sosialyönümlü fəaliyyəti çərçivəsində əldə etdiyi nailiyyətlər fond tərəfindən müsbət qiymətləndirilib.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR