Bank Of Baku

Gələn ay Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının iclası keçiriləcək

Gələn ay Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının iclası keçiriləcək
# 25 avqust 2011 10:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il sentyabr ayının ortalarında Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Müşahidə Şurasının növbəti iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın icraçı direktoru Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, iclasda Müşahidə Şurası tərəfindən qurumun yeni nizamnaməsi, həmçinin sentyabrın sonunda Bakıda keçiriləcək II Sığortaçılar Olimpiadasının təşkilatı işləri və digər məsələlər müzakirə ediləcək: «Bu olimpiada artıq ikinci dəfədir keçirilir və burada ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətlərinin nümayəndələri iştirak edə bilər».

A.Əliyev bildirib ki, Müşahidə Şurası tərəfindən ASA-nın əlavə və dəyişikliklər edilmiş yeni nizamnaməsinin layihəsi müzakirə edildikdən sonra qurumun hüquq komitəsinə təqdim ediləcək. «Yeni tərtib olunmuş nizamnamə ilə əvvəlki nizamnamə arasında ciddi fərqlər var, amma mən bunu indidən açıqlamaq istəməzdim», - deyə A.Əliev qeyd edib.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR