Bank Of Baku

«VTB Azerbaijan» bankının qeyri-faiz zərəri artıb

«VTB Azerbaijan» bankının qeyri-faiz zərəri artıb
# 25 avqust 2011 12:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «VTB Group»una daxil olan «VTB Azerbaijan» ASC bu ilin yanvar-iyun aylarını 1,766 mln. manat zərərlə başa vurub ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 7,3% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 53% artaraq 2,168 mln. manat, o cümlədən faiz gəlirləri 50% artaraq 2,012 mln. manat, qeyri-faiz gəlirləri isə 2,2 dəfə artaraq 156,48 min manat olub.

Bu müddət ərzində bankın xərcləri 28,5% artaraq 3,934 mln. manat, o cümlədən faiz xərcləri 32% azalaraq 418,46 min manat, qeyri-faiz xərcləri 7,3% artaraq 2,386 mln. manat, PR və marketinq xərcləri isə 21% artaraq 38,27 min manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 2,2 dəfə artaraq 1,593 mln. manat, qeyri-faiz zərəri isə 3,5% artaraq 2,229 mln. manata çatıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «Bank VTB Azərbaycan» ASC-yə lisenziya 2009-cu ilin martında verilib. Bankın səhmdarları sırasında «VTB Bank» ASC-nin payı 51%, «AtaHolding» Şirkətlər Qrupunun payı 48,99%, fiziki şəxslərin payı isə 0,01% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR