Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsi artıb

Azərbaycanda bank kassa dövriyyəsi artıb
# 25 avqust 2011 12:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar-iyun aylarında 10 648,7 mln. manat, məxaric hissəsi isə 11 034,5 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi ötən ilin yanvar-iyun aylarına nisbətən 19,5%, məxaric hissəsi isə 18,9% artıb.

Göründüyü kimi, yanvar-iyun aylarının yekununda bank kassa dövriyyəsində 385,8 mln. manat həcmində mənfi saldo yaranıb ki, bu da ötən ilin 6 aylıq göstəricisi ilə müqayisədə 5,3% azdır.

Əvvəlki dövrlərdə olduğu kimi, bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalarının payına düşür. Belə ki, bu mənbədən bank kassalarına 6 161,7 mln. manat və ya ümumi mədaxilin 57,9%-i daxil olub. Digər mənbələr sırasında 2 615,1 mln. manat həcmində və ya xüsusi çəkisi 24,5% olan hüquqi şəxslərdən, 982,6 mln. manat və ya xüsusi çəkisi 9,2% olan fiziki şəxslərdən daxilolmalar var.

Bank kassa dövriyyəsinin məxaric hissəsində isə hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 3 752,3 mln. manat və ya 34%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 3 519,3 mln. manat və ya 31,9%, bankomatlara pul qoyuluşunun payına 3 464,2 mln. manat və ya 31,4% düşür.

Əvvəlki dövrdən qalan kassa qalığı nəzərə alınmaqla iyulun əvvəlinə bank kassa qalığı 219,9 mln. manat təşkil edib. Yanvar-iyun ayları ərzində kassa dövriyyəsi üzrə pul emissiyasının həcmi 405 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR