Bank Of Baku

ABTM gələn ay «Bank filialının meneceri» mövzusunda kurs keçirəcək

ABTM gələn ay «Bank filialının meneceri» mövzusunda kurs keçirəcək
# 25 avqust 2011 14:22 (UTC +04:00)
Bakı. Enur Hüseynquluyev – APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) sentyabr ayının 12-dən «Bank filialının meneceri» mövzusunda kurslara başlayacaq.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 16-dək davam edəcək kursda bankların filial rəhbərləri, bankların filial rəhbərlərinin imza hüququ olan müavinləri və filial rəhbəri və müavinliyinə namizədlər iştirak edə bilər.

Kursda filial işinin təşkili, müştəri xidməti işinin təşkili, plastik kartlar, risklərin idarə edilməsi, biznes etika və korporativ davranış, həmçinin filial menecerinin liderlik funksiyaları modulları tədris olunacaq.

Qeyd edək ki, kursda bir nəfər üçün iştirak haqqı 800 manatdır (ƏDV-siz).

Xatırladaq ki, ABTM Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq Avropa İttifaqının TACIS Proqramının köməyi ilə yaradılıb və 2000-ci ilin fevral ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR