Bank Of Baku

Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi azalıb

Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi azalıb
# 26 avqust 2011 07:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin ümumi həcmi 2011-ci il iyun ayında 7,341 mlrd. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, may ayı ilə müqayisədə bu göstərici 297 mln. manat və ya 3,9% azalıb, ötən ilin iyun ayına nisbətən isə 1,452 mlrd. manat və ya 24,7% artıb.

Ödənişlərin sayına gəlincə, bu göstərici dəyişməz qalaraq 33 minə bərabər olub. Eyni zamanda, ötən ilin iyunu ilə müqayisədə ödənişlərin sayında müəyyən artım müşahidə olunub. Belə ki, ötən ilin iyun ayı ərzində AZIPS ilə aparılan ödənişlərin sayı 29 min təşkil edib.

İyun ayında bir ödənişin ortalama həcmi 222,5 min manata bərabər olub ki, bu da əvvəlki aya nisbətən 3,9% az, ötən ilin iyun ayına nisbətən isə 9,6% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR