Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu bu il büdcəyə 12 mlrd. dollar köçürəcək

Azərbaycan Dövlət Neft Fondu bu il büdcəyə 12 mlrd. dollar köçürəcək
# 26 avqust 2011 10:46 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş.Mövsümovun sözlərinə görə, hazırda Fondun məcmu vəsaitlərinin həcmi 31 mlrd. dollar təşkil edir. İcraçı direktor həmçinin bildirib ki, ARDNF-in vəsaitlərinin müxtəlif valyutalarda yerləşdirildiyinə görə, dollar və avronun məzənnələrinin dəyişkənliyi Fondun vəsaitlərinə ciddi təsir etmir.

Ş.Mövsümov yaxın vaxtlarda dünya bazarlarında qeyri-sabitliyin sona çatmasına ümid olduğunu bildirib və qeyd edib ki, Fondun yeni investisiya strategiyasının hazırlanması üzrə işin yenidən bərpa olunacağı gözlənilir və Fondun dünya bazarlarında səhmlərə investisiya yönəltməsi mümkün olacaq.

Qeyd edək ki, hazırda Avropada borc böhranı yaşanır, bu da dünya maliyyə bazarlarına ciddi şəkildə mənfi təsir edir. Ş.Mövsümov bəyan edib ki, qeyri-sabit vəziyyətin nə vaxta qədər davam edəcəyini məlum deyil və Fond hazırda səhmlər üzrə gözləmə mövqeyindən çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR