Bank Of Baku

«Xalq Bank» son bir ildə kredit portfelini 41% genişləndirib

«Xalq Bank» son bir ildə kredit portfelini 41% genişləndirib
# 26 avqust 2011 13:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin kredit portfelinin həcmi 2011-ci il iyul ayının 1-nə 557,985 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 41% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlər 3,4 dəfə artaraq 164,988 mln. manata, 12 aydan artıq müddətə verilən kreditlər 13% artaraq 392,997 mln. manata, istehlak kreditləri isə 69% artaraq 22,070 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın ipoteka kreditlərinin həcmi (Azərbaycan İpoteka Fondunun xətti ilə) 41,5% artaraq 18,692 mln. manat, vaxtı keçmiş kreditlərin həcmi isə 37% artaraq 14,188 mln. manat təşkil edib.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari il iyul ayının 1-nə bankın ölkə üzrə 14 filialı, 29 bankomatı, 51 POS-terminalı və 413 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR