Bank Of Baku

«Paşa Bank»ın depozit portfeli azalıb

«Paşa Bank»ın depozit portfeli azalıb
# 26 avqust 2011 13:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin məcmu müştəri hesablarının həcmi 2011-ci ilin yanvar-iyun aylarında 5,03% azalaraq iyulun 1-nə 311, 588 mln. manat təşkil edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın tələb olunanadək depozitləri 5,8% azalaraq 169,863 mln. manat, müddətli depozitləri isə 4,05% azalaraq 141,725 mln. manat olub.

Bundan başqa, bu dövr ərzində bankın cəmi müştəri hesablarındakı korporativ hesablar 20% azalaraq 176,325 mln. manata, fiziki şəxslərin hesabları isə 25,5% artaraq 135,263 mln. manata çatıb.

Qeyd edək ki, cəmi müştəri hesablarında korporativ müştəri hesablarının xüsusi çəkisi 14,1 faiz bəndi azalaraq 56,6%, fiziki şəxslərin payı isə 8,8 faiz bəndi artaraq 43,4% təşkil edib.

Xatırladaq ki, bankın müştəri hesablarının iqtisadi sektorlar üzrə bölgüsündə 46% investisiya qoyuluşu, 43% fərdi müştərilər, 5% tikinti sektoru, 4% ticarət və xidmət, 1% emal sənayesi və 1% enerji sektorunun payına düşüb.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR