Bank Of Baku

Azərbaycanda audit xidmətləri sahəsinə maraq artıb

Azərbaycanda audit xidmətləri sahəsinə maraq artıb
# 26 avqust 2011 13:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il ərzində Azərbaycanda auditor fəaliyyəti ilə məşğul olmaq üçün 7 audit şirkətinə lisenziya verilib. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

V.Novruzovun sözlərinə görə, son aylarda auditə maraq xüsusi artıb. «Məcburi auditdən yayınmaya qarşı xüsusi tədbirlərin həyata keçirilməsi müvafiq qanunvericilikdə təsbit olunub. Bu da auditlə bağlı müraciətlərin sayının durmadan artmasına səbəb olub. Məhz buna görə də cari ilin əvvəlindən indiyədək artıq bir neçə şirkətə auditlə məşğul olmaq üçün müvafiq lisenziyalar verilib», - deyə V,Novruzov bildirib
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR