Bank Of Baku

«Bank of Baku» bayram günlərində də işləyəcək

«Bank of Baku» bayram günlərində də işləyəcək
# 26 avqust 2011 14:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC Ramazan bayramı münasibəti ilə elan olunan qeyri-iş günlərində də müştərilərə xidmət göstərəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, avqustun 29, 30 və 31-də bankın Xəqani,2/Mərdanov qardaşları,8 ünvanında yerləşən «Xəqani» filialında quraşdırılan «Cash-in» ödəniş aparatları vasitəsilə saat 9:00-dan 19:00-dək ödənişlərin qəbulu təşkil olunacaq.

Müştərilərin rahatlığını təmin etmək və vaxtına qənaət etmək məqsədilə «Bank of Baku»nun «Cash-in» ödəniş köşkləri vasitəsilə hər hansı bir ödənişi bir neçə dəqiqə ərzində həyata keçirmək mümkündür. Hazırda «Cash-in» ödəniş köşkləri əhaliyə istehlak kreditləri və «AvirTel» internet provayderinin xidmətlərinə görə ödənişin aparılması, həmçinin cari hesabların artırılması sahəsində xidmət göstərir.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR