Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» nizamnamə kapitalını artırır

«Azərbaycan Sənaye Sığorta» nizamnamə kapitalını artırır
# 27 avqust 2011 08:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azərbaycan Sənaye Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 200 manat, sayı 1 000 min ədəd, emissiyanın ümumi həcmi isə 1,2 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Azərbaycan Sənaye Sığorta»nın səhmlərinin yerləşdirilməsinə artıq yaxın vaxtlarda başlanılacaq. Yerləşdirmə başa çatdıqdan sonra, şirkətin nizamnamə kapitalı 30% artaraq 5,2 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR