Bank Of Baku

«ASB Bank» bayram günlərində işləyəcək

«ASB Bank» bayram günlərində işləyəcək
# 27 avqust 2011 10:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sənaye Bankı (ASB) Ramazan Bayramı ilə bağlı qeyri-iş günlərində də müştərilərə xidmət göstərəcək. ASB-dən «APA-Economics»ə verilən məlumata görə, bankın «Park Bulvar» filialı saat 10:00-dan 22:00-a kimi, «Xətai» filialı («Ramstore Xətai» supermarketində) saat 09:00-dan 22:00-a kimi fasiləsiz iş rejimində xidmət göstərəcək.
Filiallarda müştərilərə fiziki və hüquqi şəxslərin hesablarının açılması, hesablaşma-kassa xidmətlərinin göstərilməsi, pul köçürmələri, depozitlərin (əmanətlərin) qəbulu, valyuta mübadiləsi, rabitə və kommunal ödənişlərin qəbulu və POS-terminal xidmətləri göstəriləcək.
Xatırladaq ki, ASB 1996-cı ildən fəaliyyətə başlayıb. Cari ilin avqustun 1-nə bankın aktivləri 147,456 mln. manat, depozit portfeli 80,455 mln. manat, kredit portfeli 112,218 mln. manat, nizamnamə kapitalı 24 mln. manat təşkil edir. Bankın respublika üzrə 8 filialı, 1 şöbəsi, 32 bankomatı və 305 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR