Bank Of Baku

«Bank Nikoil»un aktivləri son bir ildə 4% artıb

«Bank Nikoil»un aktivləri son bir ildə 4% artıb
# 27 avqust 2011 11:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank Nikoil» ASC-nin aktivlərinin həcmi 2011-ci il iyulun 1-nə 188,539 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 3,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 7,1% artaraq 152,885 mln. manat, o cümlədən 12 ayadək verilən kreditlər 57,531 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 61,184 mln. manat, istehlak kreditlərinin həcmi isə 33,8% artaraq 86,433 mln. manat olub.

Bankın depozit portfeli 48% artaraq 83,710 mln. manat, o cümlədən müddətli depozitlər 69,102 mln. manat, tələb olunanadək depozitlər 14,608 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 48% artaraq 70,487 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 8,3% artaraq 29,800 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 22,5 mln. manata çatıb.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 5,5% artaraq 15,209 mln. manat, xərcləri isə 9% azalaraq 14,965 mln. manat təşkil edib. Nəticədə, bankın əldə etdiyi mənfəətin həcmi 244 mln. manat olub. Ötən ilin analoji dövrünü isə bank 2,046 mln. manat zərərlə başa vurub.

Xatırladaq ki, təsisçisi Rusiyanın «UralSib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil» İKB 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin iyulun 1-nə bankın 13 filialı, 24 bankomatı, 60 POS-terminalı və 452 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR