Bank Of Baku

«DəmirBank» Asiya İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

«DəmirBank» Asiya İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir
# 27 avqust 2011 13:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) 2010-cu ilin aprel ayında «DəmirBank»la imzaladığı müqavilə üzrə ayrılan bərpa olunan kredit limitini 2 mln. ABŞ dollarına çatdırıb.

«DəmirBank»ın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ayrılan vəsait idxal-ixrac əməliyyatlarının maliyyələşməsinə yönəldilir.

Beləliklə, 2010-cu ilin aprel ayında Asiya İnkişaf Bankı ilə imzalanan müqavilənin ümumi məbləği 5,5 mln. ABŞ dollarınadək artırılıb. Müqavilə üzrə ayrılan 3,5 mln. ABŞ dolları beynəlxalq ticarətin maliyyələşməsi üzrə zəmanətlərin verilməsini, 2 mln. ABŞ dolları isə müştərilərin idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi üçün bərpa olunan kreditin verilməsini nəzərdə tutur.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki adı «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR