Bank Of Baku

«Günaybank»ın mənfəəti kəskin artıb

«Günaybank»ın mənfəəti kəskin artıb
# 27 avqust 2011 14:25 (UTC +04:00)
Bakı. Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günaybank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin iyulun 1-nə 36,954 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 11% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 0,8% azalaraq 29,512 mln. manat, depozit portfeli isə 18% artaraq 8,419 mln. manata çatıb.

Təhlil aparılan il ərzində bankın məcmu kapitalı 1,6% azalaraq 15,511 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 13,024 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 3,3 dəfə artaraq 1,486 mln. manat, xərcləri isə 57% artaraq 544 min manat təşkil edib. Nəticədə, bu ilin birinci yarısında bankın mənfəəti təxminən 9,1 dəfə artaraq 942 min manat olub.

Həmçinin, bankın cəmi müştərilərinin sayı 9,5% artaraq 2 681, işçilərin sayı (39 nəfər) və orta aylıq əmək haqqının məbləği (300 manat) isə sabit qalıb.

Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günaybank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın 1 filialı, 1 bankomatı və 1 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR