Bank Of Baku

Sarkozi “G-20” ölkələrinin liderlərindən konkret anti-böhran planı hazırlamağı tələb edir

Sarkozi “G-20” ölkələrinin liderlərindən konkret anti-böhran planı hazırlamağı tələb edir
# 01 sentyabr 2011 08:48 (UTC +04:00)
Bakı - APA-Economics. Fransa prezidenti Nikola Sarkozi “Böyük 20-lik” ölkələrinin liderlərini iqtisadiyyatın bərpası üçün konkret plan hazırlamağa çağırıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu bəyanatla o, səfirlərin illik toplantısında çıxış edib.

N.Sarkozi qeyd edib ki, avrozonada dövlət büdcələrinin kəsirini azaltmaq cəhdlərinə baxmayaraq, dünya səviyyəsində sərt iqtisadiyyat siyasəti müsbət nəticələr verməyəcək: “G-20” liderləri əl-ələ verərək iqtisadiyyatın bərpası və büdcə balansının qorunması üçün uzunmüddətli konkret strategiyalar hazırlamalıdırlar. İlk növbədə yeni iş yerləri yaratmaq, milyonlarla insana böhran nəticəsində düşdükləri yoxsulluq həddindən çıxmaqda kömək etmək, büdcə kəsirini və dövlət borclarını ixtisar etmək lazımdır”.

Bundan başqa, Fransa prezidenti Çin kimi inkişaf etməkdə olan ölkələri dünya ticarət disbalansını aradan qaldırmaq üçün daxili tələbatı inkişaf etdirməyə çağırıb.

Qeyd edək ki, “G-20” ölkələri liderlərinin növbəti görüşü bu ilin noyabr ayında Kannda keçiriləcək. “G-20”yə hazırda Fransa sədrlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR