Bank Of Baku

Azərbaycanın vergi orqanlarında çalışanların 77%-nin yaşı 50-dən aşağıdır

Azərbaycanın vergi orqanlarında çalışanların 77%-nin yaşı 50-dən aşağıdır
# 01 sentyabr 2011 11:25 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın vergi sistemində aparılan kadr islahatları çərçivəsində vergi orqanı əməkdaşlarının sayı xeyli azaldılıb. İndi Azərbaycan vergi orqanı əməkdaşlarının optimal sayına görə (cəmi 2 355 nəfər) MDB, habelə Avropadaxili Vergi Administrasiyaları təşkilatına (IOTA) üzv olan ölkələr arasında ən qabaqcıl yerlərdən birini tutur. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, nazirliyə işə qəbul olunanlar arasında gənclərə daha çox üstünlük verilir. Həyata keçirilmiş tədbirlər nəticəsində vergi orqanlarında çalışanlar arasında həm gənc, həm orta, həm də daha təcrübəli nəsillərin nümayəndələri arasında optimal balans əldə olunub. Hazırda vergi orqanı əməkdaşlarının 29,1%-nin yaşı 30-a qədər, 12,3%-nin yaşı 30-35 yaş arasında, 9,1%-nin yaşı 36-40, 11,9%-nin yaşı 41-45, 14,6%-nin yaşı 46-50 yaş arasında, 22,9%-nin yaşı isə 50-dən yuxarıdır.

Nazirlikdən bildirilib ki, 5 nəfərin yaşı 65-dən çoxdur ki, bu da vergi sistemində çalışanların cəmi 0,2%-ni təşkil edir. Bütövlükdə vergi əməkdaşlarının 77%-nin yaşı 50-dən aşağıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR