Bank Of Baku

«Fitch Ratings» Azərbaycanın investisiya reytinqini dəyişməz saxlayıb

«Fitch Ratings» Azərbaycanın investisiya reytinqini dəyişməz saxlayıb
# 07 sentyabr 2011 08:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycana verilən uzunmüddətli yerli və xarici valyutada «BBB-» səviyyəsində «Pozitiv» proqnozlu suveren investisiya reytinqi eyni səviyyədə saxlanılıb.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu barədə Agentliyin Azərbaycan üzrə Suveren Qrupunun direktoru Çarlz Sevil (Charles Seville) tərəfindən Maliyyə Nazirliyinə ünvanlanmış məktubda deyilir.

Qeyd edək ki, «Fitch Ratings» beynəlxalq reytinq agentliyi tərəfindən 2010-cu il mayın 20-də Azərbaycana uzunmüddətli yerli və xarici valyutada «BBB-» səviyyəsində «Sabit» suveren investisiya reytinqi verilib. Cari ilin mayın 17-də isə Agentlik reytinqi «BBB-» səviyyəsində saxlayaraq, reytinq üzrə proqnozun «Sabit»dən «Pozitiv»ə yüksəldilməsi barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR